Taxıl danışıqları aparan tərəflər sövdələşməni uzatmağa meyllidirlər, halbuki Rusiyanın imkanları məhdud ola bilər.

“Tərəflərin müqavilənin uzadılmasına razılıq verəcəyi perspektivi var. Bununla belə, problem var. Bəziləri Rusiyanın bu dəhlizlə taxıl göndərməsinə qarşı çıxır. Rusiya Federasiyasını sıxışdırmaq və ya məhdudlaşdırmaq cəhdləri var”, - Türkiyə nümayəndə heyəti ilə əlaqəli mənbə bildirib.

Eyni zamanda, o, qarşıdan gələn seçkilərlə əlaqədar taxıl müqaviləsinin uzadılması məsələsinin Türkiyə üçün kritik olduğunu vurğulayıb. Mənbə onu da əlavə edib ki, Türkiyə və Rusiya danışıqlarda “birlikdə gedir”, lakin hələ də problemlər var.

Xatırladaq ki, mayın 11-də İstanbulda Rusiya, Ukrayna, Türkiyə və BMT nümayəndələri arasında taxıl sazişinin müddətinin uzadılması məsələsi üzrə əsas danışıqlar günü keçiriləcək. Sazişin Rusiya hissəsinin icrasına başlanması da müzakirə olunacaq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN