Taxıl sazişi üzrə danışıqlarda iştirak edən tərəflər onun uzadılmasına dair razılaşmaya doğru irəliləyirlər.

Tezadlar.az CNN Türk-ə istinadən xəbər verir ki, Türkiyənin müdafiə naziri Hulusi Akar Rusiya, Ukrayna, Türkiyə və BMT nümayəndələri arasında İstanbulda keçirilən danışıqların nəticələrinə yekun vurub.

“İlk nəticələr İstanbuldakı görüşün müsbət olduğunu göstərir. Proses taxıl müqaviləsinin uzadılması istiqamətində gedir”, - nazir bildirib.

O əlavə edib ki, danışıqlar zamanı Ukrayna limanlarında ilişib qalan 6 türk ticarət gəmisi ilə bağlı məsələyə baxılıb və onların təhlükəsiz şəkildə Türkiyəyə qayıtması barədə razılıq əldə olunub.

Bundan əvvəl taxıl müqaviləsi üzrə danışıqların ilkin nəticələri məlum olub. Məlumata görə, İstanbulda danışıqların iştirakçıları Rusiyanın taxıl dəhlizindən istifadə imkanlarını məhdudlaşdıraraq, onun müddətini uzatmaq istəyirlər. BMT qeyd edib ki, tərəflər sazişin daha da uzadılmasını müzakirə ediblər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN