Ermənistan mövcud geosiyasi şəraiti nəzərə alaraq iqtisadi baxımdan strateji düşünməli və təhlükəsiz alternativ ticarət yolları yaratmaq üçün Azərbaycan və Türkiyə ilə birlikdə çalışmalıdır.

Bu fikri iqtisadçı ekspert, ABŞ-ın Ceymstaun Fondunun baş elmi işçisi Marqarita Assenova Zəngəzur dəhlizinin region ölkələrinin iqtisadi inkişafına təsirindən danışarkən bildirib.

O, diqqətə çatdırıb ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi həm daşıma məsafələrini azaldacaq, həm  Azərbaycandan Türkiyəyə birbaşa əlaqə yaradacaq, həm də Ermənistana Mərkəzi Asiyadan taxıl, meyvə-tərəvəz, gübrə və digər malları rahat daşımaq imkanı verəcək mühüm marşruta çevriləcək.

Amerikalı ekspert vurğulayıb ki, Erməniastan Rusiya üzərindən idxal və ixraca ehtiyac olmadan Avropa bazarları ilə daha qısa məsafəli nəqliyyat əlaqəsi yaratmağa nail olacaq və buna görə Ermənistan düşünərək hərəkət etməli və Türkiyə və Azərbaycanla sıx əməkdaşlıq etməlidir.

Qeyd edək ki, Zəngəzur dəhlizi regionun geoiqtisadi dəyərini artırmaq potensialına malikdir və bu dəhlizin açılması təkcə Azərbaycan və Türkiyənin deyil, həmçinin bütün regionun  iqtisadi inkişafına hesablanıb. Bu dəhlizin açılmasına etiraz etmək isə iqtisadi inkişafdan geri qalmaqdır.

Xatırladaq ki, dəhlizin açılmasına nəinki Ermənistan, həm də İran hər vəchlə mane olmağa çalışır.

Və beləliklə, Ermənistan Zəngəzur dəhlizinin açılması öhdəliyindən də yayınır. Hansı ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda bu barədə qeyd edilir.

Lakin etirazlara baxmayaraq, bu dəhliz mütləq açılacaq.

 

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN