Əlcəzair Azərbaycandan kənd təsərrüfatı məhsullarını idxal edə bilər.

Bunu Ərəb-Afrika İnvestisiya və İnkişaf Mərkəzinin (CAAID) prezidenti Amin Butalbi Əlcəzair və Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafı perspektivlərindən danışarkən bildirib.

O, KİV-ə açıqlamasında diqqətə çatdırıb ki, Azərbaycanın yüksək texnologiyaları Əlcəzairin kənd təsərrüfatında, xüsusilə taxıl və quru meyvələrin istehsalında tətbiq oluna bilər.

Amin Butalbinin sözlərinə görə, daşınmaz əmlak sektoru, turizm, ali təhsil, elmi-tədqiqat laboratoriyaları, elmi nümayəndə heyətlərinin mübadiləsi, innovasiya sektoru kimi sahələr diqqət mərkəzində saxlanılmalıdır.

Həmçinin vurğulayıb ki, Azərbaycanın toxuculuq sektoru Türkiyə, Almaniya texnologiyalarına yiyələnməyə müvəffəq olduğu üçün bu sahə, eləcə də istehsal sektoru iki ölkə arasında əməkdaşlığa müsbət təsir göstərə bilər.

CAAID prezidentinin fikrincə, Əlcəzair Zleecaf Afrika Kontinental Azad Ticarət Zonasının bir hissəsi olduğu üçün,  Azərbaycan onun bu statusundan və vergi güzəştlərindən faydalanmaqda maraqlıdır.

Qeyd edək ki, Əlcəzair Xalq Demokratik Respublikası 1991-ci ilin 26 dekabr tarixində Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır. Azərbaycanla Əlcəzair arasında diplomatik əlaqələr 1994-cü ilin 22 aprel tarixində yaradılmışdır.

Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasında (Əlcəzair şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsinə dair Azərbaycan Respublikasının Prezidenti 28 noyabr 2014- cü il tarixli, 894 saylı sərəncam imzalamışdır. 

2015-ci ilin yanvar ayında Əlcəzair Azərbaycanda diplomatik ofis açmışdır.

Diqqətə çatdıraq ki, Əlcəzair qitənin iqtisadiyyatı ən yaxşı inkişaf etmiş ölkələrindən beşincisi hesab olunur. Belə ki, respublika 113,6 miyard dollarlıq ümummilli məhsula malikdir.

Ölkənini Azərbaycanda 5 şirkəti qeydiyyatdan keçib və 1995-ci ildən 2022-ci illər ərzində ölkə iqtisadiyyatına 504,9 min ABŞ dolları məbləğində investisiya yatırılıb. Ötən ilin 9 ayı ərzində Azərbaycanın Əlcəzairlə ticarət dövriyyəsinin həcmi 865,75 min dollar, idaxl həcmi 845,94 min dollar, ixracın həcmi isə 19,81 min dollar təşkil etmişdir.

Ölkələrimiz arasında iqtisadi əlaqələr genişlənməkdədir.

 

JAMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN