İranın Rəşt-Astara dəmir yolu hissəsi Rusiya ilə birgə tikiləcək. Belə bir sazişi çərşənbə günü iki ölkənin nümayəndələri - Rusiya Federasiyasının nəqliyyat naziri Vitali Savelyev və İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş imzalayıblar.

Rusiya KİV-nin məlumatına görə, mərasimdə prezidentlər Vladimir Putin və İbrahim Rəisi iştirak ediblər. Putin isə mərasimə videobağlantı vasitəsilə qoşulub. Mərasimə Rusiya tərəfdən İranda işgüzar səfərdə olan baş nazirin müavini Aleksandr Novak da qatılıb.

Sənədə əsasən, Moskva və Tehran layihələndirmə, tikinti, eləcə də mal və xidmətlərin çatdırılmasını birgə maliyyələşdirəcək. Rəşt-Astara xəttinin uzunluğu 170 km olacaq. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin quru hissələrinin birləşdirilməsi transxəzər marşrutunun iqtisadi səmərəliliyini artırmaq üçün lazımdır.

 Ehtimal olunur ki, Rəşt - Astara xətti Moskva və Tehranın, Astara (İran şəhəri) - Astara (Azərbaycan şəhəri) xətti isə Moskva, Tehran və Bakının iştirakı ilə tikiləcək.

Putin daha əvvəl qeyd edib ki, bu layihə təkcə Rusiya və İranı deyil, həm də dünya ticarətinin bütün iştirakçıları üçün maraqlıdır, çünki logistika nöqteyi-nəzərindən “bu, Süveyş kanalı və Qara dəniz boğazlarına əhəmiyyətli əlavədir”.

Rusiya prezidentinin sözlərinə görə, belə bir qərar “marşrutun qiymətini azaldır və deməli, malların son qiyməti də aşağı olacaq.

 Məlumata görə, tikintinin smeta dəyəri 1,6 milyard dollar təşkil edir və tikintisi dörd il çəkəcək. Bu müddətin az olacağı da ehtimal edilir.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN