Qaraqalpaqıstanda (Özbəkistan ərazisində yerləşən respublika - red) su qıtlığı səbəbindən çəltik becərilməsi üçün ərazilərin azaldılması nəzərdə tutulur.

Nəticədə bazara bu məhsulun ən böyük həcmini verən bu rayonda çəltik istehsalı üzrə proqnoz 2,5 dəfə - 147,2 min tondan 60 min tona qədər azalıb.

  Bu, Qaraqalpaqıstan Nazirlər Şurası tərəfindən hazırlanmış və mayın 31-dək müzakirəyə çıxarılan Özbəkistan Nazirlər Kabinetinin qərar layihəsində nəzərdə tutulub.

Layihə “Su qıtlığı şəraitində Qaraqalpaqıstanda çəltik bitkilərinin becərilməsində digər su istifadəçilərinin maraqlarının müdafiəsi, torpağın və suyun rasional bölüşdürülməsinin təmin edilməsi, habelə əhalinin ucuz və keyfiyyətli düyü məhsulları ehtiyalarının ödənilməsi məsələsinin aktuallığı nəzərə alınmaqla” hazırlanıb.

Ötən ilin avqust-sentyabr aylarında aparılan yoxlamalar zamanı 19 045,6 hektar sahədə qanunsuz çəltik əkilməsi faktı aşkar edilib.

Həmin torpaq sahələrinə limitdən artıq və müqavilə bağlanmadan 304 milyon kubmetr su verilib. Nəticədə əhalinin, fermerlərin, dexkanların mənafeyinə böyük ziyan dəyib, milyardlarla su vergisi yığılmayıb.

Sənəd layihəsində vurğulanır ki, regionda su çatışmazlığının əsas səbəblərindən biri aqrar sahədə nəzarətin olmaması və fəaliyyətsizlikdir.

Gələcəkdə dexkan və fermerlərin narazılığına yol verilməməsi, çəltik sahələrinin ölçüsünün və ehtiyatının düzgün müəyyənləşdirilməsi, torpaq və sudan səmərəli istifadənin təmin edilməsi, sui-istifadə hallarının qarşısının alınması nəzərdə tutulur.

Nazirlər Kabinetinin qərar layihəsinə əsasən, çəltik sahələrinin yalnız üç ucqar ərazidə - Bozatau, Muynak və Taxtakupirdə yerləşdirilməsi nəzərdə tutulur.

Layihədə qeyd olunur ki, bu, çəltik əkilmədiyi digər sahələrdə narazılığın qarşısını almaq və suyun israfına son qoymaq üçün ediləcək.

Qeyd edək ki, bütün dünyada su problemi- xüsusilə içməli su problemi yaranmaqdadır. Suyun həddən artıq israfı da su çatışmazlığına səbəb olub. Dünyada bu qlobal problemdir və gələcəkdə insanların daha çox içməli su çatışmazlığı ilə qarşılaşacağı proqnozlaşdırılır.

Ona görə də hər damla suyun qədrini bilməliyik.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN