Bu gün Türkiyə lirəsi yenidən ucuzlaşıb – 1 ABŞ dolları 21.22 lirəyədək yüksəlib...

Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov Türkiyə lirəsinin dollara nisbətən yenidən dəyər itirməsindən və yeni qurulmuş kabinetin üzərinə düşən heç də yüngül olmayan vəzifədən danışarkən diqqətə çatdırıb ki, son bir ayda lirə 8 faiz ucuzlaşıb və Türkiyə pulunun çarpaz olaraq digər əksər valyutalara nisbətən də dəyəri azalıb. Onun sözlərinə görə, yeni təyin olunmuş maliyyə naziri də bunun qarşısını ala bilməyib və seçkidən sonra lirənin ucuzlaşacağı gözlənilən idi. 

"Hazırda 1 ABŞ dolları almaq üçün 21.22 lirə ödəmək lazımdır. Hətta sektorda kifayət qədər yüksək güvənli hesab edilən Mehmet Simşəkin maliyyə naziri təyin olunması belə lirəinin ucuzlaşmasının qarşısını ala bilmədi. Seçkidən sonra lirənin dəyər itirəcəyi gözlənilən idi. Seçkinin başa çatmasına baxmayaraq, Türkiyənin bir sıra Qərb dövlətləri ilə münasibətləri hələ də soyuq hesab olunur. Bu isə xarici valyita təklifinə birbaşa təsir göstərir. Türkiyə Mərkəzi Bankının net forex ehtiyatlarının tarixi minimumadək azalması da xarici valyutaya olan tələbin ödənilməsində çətinliklər yaradır", - deyə vurğulayıb.

Lakin Vüqar Bayramov Türkiyənin bu ağır işin də öhdəsindən gələcəyini bildirib və proqnozu ümidverici olub:

"Bununla belə, yeni maliyyə naziri təyinatından sonra valyuta bazarı ilə daha çox qarşılıqlı əlaqənin olacağı və prudensial tələblərin yumşalacağı gözlənilir. Ayındır ki, bu ilin aprel ayında rəsmi inflyasiyanın 43.7 faiz olduğu Türkiyədə valyuta stabilliyinə nail olmaq zaman alacaq. Ancaq yeni kabinetdə maliyyə-iqtisadi sfera üzrə təyinatlar orta müddətli dövrdə stabiliyə nail olmaq imkanlarını xeyili genişləndirir. Görünən odur ki, yeni kabineti qarşıda heç də asan olmayan çağrışlar gözləyir", - o, qeyd edib.

Xatırladaq ki,  bir həftə öncə Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda Rəcəb Tayyib Ərdoğan qardaş ölkənin 13-cü Prezidenti seçildi və yeni kabinetini qurdu. Və əminliklə demək olar ki, Türkiyəmiz yenidən güclü və qüdrətli dövlət olaraq inkişaf edəcək.

 

Y.MƏMMƏDLİ

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN