Cari ildə Azərbaycanda kolbasa istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə xeyli artıb, lakin bu artım Rusiya kolbasalarına olan təlabatı da azaltmayıb.

Belə ki, artıq ümumi çəkisi 17,23 ton olan kolbasa məmulatlarının ilk partiyası Rusiyanın Ulyanovsk vilayətindən Azərbaycana ixrac edilib.

TEZADLAR.AZ xəbər verir ki, bu  barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") məlumat yayıb.

İxrac edilən bütün məhsullar alıcı ölkənin tələblərinə cavab verib, onların keyfiyyəti və təhlükəsizliyi laboratoriya sınaqlarının aktları ilə təsdiqlənib.

Həmçinin məlumatda o da vurğulanıb ki, 2023-cü ilin əvvəlindən “Rosselxoznadzor”un nəzarəti altında Ulyanovsk vilayətinin ərazisindən Tacikistan, Azərbaycan və Özbəkistana 161,03 ton ərzaq məhsulları ixrac edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 47 faiz çoxdur.

Qeyd edək ki,  cari ilin yanvar-fevral aylarında Azərbaycanda 4 min 425,8 ton kolbasa məmulatları istehsal edilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 4,9 % çoxdur. Həmçinin hesabat dövründə ölkədə 45 ton hazır məhsul ehtiyatı yaranıb ki, bu da, illik müqayisədə 2,1 dəfə çoxdur.

Görünən odur ki, Azərbaycanın kolbasa istehlakçıları üçün hələ də Rusiya kolbasaları arzu olunandır və ölkəmizdə xaricdə istehsal olunan kolbasalara təlabat yüksəkdir. Və hələ də valyuta ehtiyatımız xarici ciblərə axır...

Görəsən, günah kimdədir: istehlakçılarda, yoxsa istehlakçıları keyfiyyətli məhsul istehsal edərək cəlb edə bilməyən sahibkarlarda - istehsalçılarda?!

Uduzan isə hamımızıq...

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN