Rusiya Prezidenti Vladimir Putin bu günkü çıxışı zamanı Qara dəniz taxıl ixracı təşəbbüsündən çəkildiyini etiraf edib.

Rusiya taxıl sazişindən çıxmaq variantını nəzərdən keçirir.

Bu barədə çərşənbə axşamı Rusiya Federasiyasının prezidenti məlumat verib.

Vladimir Putin Afrika ölkələrinin Ukrayna taxılını praktiki olaraq ala bilmədiyinə diqqət çəkib. O izah edib ki, taxılın böyük hissəsi razılaşmalara zidd olaraq Avropa İttifaqının firavan həyat sürən ölkələrinə gedir.

 “Ona görə də biz indi taxıl müqaviləsi deyilən bu müqavilədən çıxmaq barədə düşünürük”, -deyə Rusiya lideri bildirib.

 Lakin Vladimir Putin  əmin edib ki, RF sövdələşmədən çıxsa belə, ehtiyacı olan ölkələrə indi Ukraynadan aldıqları taxılın miqdarını pulsuz ödəməyə hazır olacaq.

***

Qeyd edək ki, bir müddət əvvəl Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov isə bəyan etmişdi ki, Tolyatti-Odessa ammiak boru kəmərinin zədələnməsi taxıl müqaviləsinin uzadılması ilə bağlı vəziyyəti çətinləşdirir.

 “Bilirsiniz ki, bu mövzu bizi maraqlandıran müqavilənin yarısının ayrılmaz hissəsi idi. Ona görə də belə deyək, bu, sövdələşmənin davam etdirilməsi baxımından vəziyyəti çətinləşdirən daha bir məqamdır", - deyə Peskov bəyan etmişdi.

Xatırladaq ki, taxıl sazişi Türkiyənini səyləri nəticəsində 2022-ci il iyulun 22-də İstanbulda bağlanıb. O vaxt BMT, Rusiya, Türkiyə və Ukraynanın iştirakı ilə iki sənəd imzalanıb. Onlardan biri Ukrayna taxılının ixracı üçün dəhlizin yaradılması, digəri Rusiya ərzaq və gübrəsinin ixracı ilə bağlı idi.

Və həmin saziş sonuncu dəfə mayın 18-də uzadılıb. Müqavilə iyulun 17-dək qüvvədə olacaq.

 JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN