Qarabağa "Böyük qayıdış"ın getdikcə intensivləşməsi qürurvericidir...

Və təkcə 2023-cü ildə 2 minə yaxın məcburi köçkün ailəsinin (təxminən 10 minə yaxın köçkünün) Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında öz doğma el-obalarına qayıdışı və daimi məskunlaşdırılması nəzərdə tutulub. Tezadlar.az AzərTAC-a istinadla qeyd edir ki,  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov bu barədə danışıb. Komitədən "Təzadlar"a verilən məlumatda o da bildirilir ki, təkcə Laçın şəhərinə 700-dək ailənin, Laçın rayonunun Zabux və Sus kəndlərinə 400 ailənin köçürülməsi nəzərdə tutulub. Eyni zamanda, Füzuli şəhərinə 267 ailənin, Zəngilanın Ağalı kəndinə növbəti mərhələdə 100-ə yaxın ailənin qayıdışı və məskunlaşdırılması nəzərdə tutulub.

Köçürülmə ardıcıllıqla davam edir və bu yurda qayıdış, əslində, keçmişə və tarixi gen yaddaşımıza qayıdışdır... Qayıdışımız mübarək! Düşmənin 30 illik işğalına dözən və yurd həsrəti ilə qovrulan insanların sevinci həqiqətən də başadüşüləndir, qürurvericidir!

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN