İstehlakçıların hüquqlarını təkcə Qida Təhlükəsizliyi Agentliyi deyil, həm də "Bakı Şərab-2" zavodunun rəhbərliyi də yüksək qiymətləndirir...

Məsələn, zavodun istehsal etdiyi araqların üzərinə yazılıb ki, "İçməmişdən əvvəl soyunun!". Bəzi istehlakçılar isə sosial mediada bunu qeyri-ciddi hal kimi dəyərləndirməkdədir. Əslində, zavod rəhbərliyi bunu düz edib, doğru məsləhət verib. Məsələn, yay vaxtıdır və Bakıda havalar 28-30 dərəcədir. Arağın spirt dərəcəsi isə 40-dır. Deməli, istidə yarım litr araq içənin bədən temperaturu ən azı 70 dərəcəyə qalxmalıdır. Belə olanda nə etmək lazımdır? Əlbəttə ki, soyunmaq! 

Odur ki, xeyrinizə deyilən məsləhəti ciddiyə alın və isti havalarda araq içəndə soyunub lütcəbala olun ki, sonra həkimə getməyəsiniz...

A.Məmmədli

P.S.Deyilənə görə, AQTA istehlakçılara bu tövsiyyələri bəyənib və zavoda xüsusi Diplom təqdim etməyə hazırlaşır...

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN