2023-cü ilin yanvar-may ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda elektrik enerjisi istehsalı 5,6 faiz artaraq 11 886,5 milyon kilovat saat təşkil edib.

Bu barədə energetika naziri Pərviz Şahbazov “Twitter” hesabında yazıb.

Nazir bildirib ki, hesabat dövründə İstilik Elektrik Stansiyaları üzrə 11 055,1 milyon kilovat saat, su da daxil olmaqla bərpa olunan mənbələrdən 831,4 milyon kilovat saat elektrik enerjisi istehsal edilib.

"Külək elektrik stansiyalarında (KES) 26,4 milyon kilovat saat, günəş elektrik stansiyalarında (GES) 25,4 milyon kilovat saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTYZ) isə 107,3 milyon kilovat saat elektrik enerjisi istehsal edilib.

Cari ilin ilk beş ayında ölkədə istehsal edilən elektrik enerjisinin 1253,7 milyon kilovat saatı ixraca yönəldilib. Qeyd edilən dövrdə ölkəyə idxal edilən elektrik enerjisinin həcmi isə 50,3 milyon kilovat saat təşkil edib".

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN