Gürcüstan Respublikasının Maliyyə Nazirliyinin 2023-cü  ilin may ayına olan statistik məlumatın əsasən, Gürcüstanın xarici borcu 8 milyard, 404 milyon, 509 min dollar təşkil edir.

Qeyd edək ki, Azərbaycan Maliyyə Nazirliyinin məlumatına görə, 2023-cü ilin yanvar-mart aylarında dövlət borcunun ödəniş qrafikinə uyğun olaraq daxili dövlət borcu üzrə 27,1 milyon manatın (faiz borcu üzrə), xarici dövlət borcu üzrə 170,8 milyon manatın (əsas borc üzrə 31,1 milyon manat, faiz borcu üzrə 139,6 milyon manat, bank xidmətləri haqqının ödənilməsi 0,1 milyon manat), cəmi 198,0 milyon manatın (əsas borc üzrə 31,1 milyon manat, faiz borcu üzrə 166,7 milyon manat, bank xidmətləri haqqının ödənilməsi 0,1 milyon manat) ödənilməsi təmin edilib. Bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 150,9 milyon manat azdır.

Xarici dövlət borcunun səviyyəsi ilin əvvəli ilə müqayisədə 13,5 milyon ABŞ dolları həcmində azalaraq 01 aprel 2023-cü il tarixinə 6 679,7 milyon ABŞ dolları təşkil edib.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN