Dünyada insanların yaşama həddi getdikcə azalmaqdadır...

Buna görə də bir çox ölkələr pensiya yaşını azaltmaqda qərralıdır... Rusiya artıq bu addımı atıb... Azərbaycanda da bu barədə müzakirələr gedir... Gürcüstanda isə  "Vahid Milli Hərəkat” partiyasının lideri Levan Xabeişvili, pensiya yaşının 60-a endirilməsi təşəbbüsü ilə çıxış edib. Tezadlar.az 24News.ge-yə istinadla bildirir ki,  partiya sədri bu barədə Kaspidə yerli sakinlərlə görüşdə hökumətə müraciət edib. O qeyd edib ki, onlarla bələdiyyədə görüş zamanı əhalinin əsas istəyi pensiya yaşının aşağı salınması və pensiya məbləğinin artırlmasıdır. Partiya lideri qeyd edib ki, Gürcüstanda orta ömür uzunluğu 70-72 yaş təşkil edir, Avropada isə bu rəqəm 80-85 yaş arası dəyişir. Xabeişvili bildirib ki, qiymət artımının baş verdiyi bir zamanda, mövcud pensiya məbləği insanların aylıq təminatına yetmir. O, minimum pensiya məbləğinin 400 lari təşkil etməli olduğunu bildirib.

Azərbaycanda da bu məsələ ciddi müzakirə olunmaqdadır. Çünki pensiya yaşına çatmamış dünyasını dəyişənlərin sayında xoş olmayan statistika ortaya çıxmaqdadır...

XALİQ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN