Ölkədə nazik plastik torbalar belə ləğv edildi.

Yeni Zelandiya mağazalarda nazik plastik torbaları qadağan edən dünyada ilk ölkə oldu.

Beləki, iyul ayından etibarən Yeni Zelandiya səlahiyyətliləri supermarketlərdə meyvə və tərəvəzlər üçün nazik olanlar da daxil olmaqla istənilən plastik paketlərdən istifadəni qadağan edib.

Bu barədə BBC məlumat yayıb.

  Hökumətin birdəfəlik plastikə qarşı kampaniyasının bir hissəsi olan qərar iyulun 1-dən qüvvəyə minib.

 Olkənin ətraf mühit nazirinin müavini Reyçel Brukinq "Yeni Zelandiya həddindən artıq plastik tullantı istehsal edir" deyib.

 Qeyd edək ki, 2019-cu ildə Yeni Zelandiyadakı mağazalar artıq bir milyarddan çoxunu qənaət edərək daha qalın plastik torbaları qadağan edib.

 Yeni görüləcək tədbirin isə ildə 150 ​​milyon nazik torba istifadəsinin qarşısını alacağı və müştərilərin təkrar istifadə edilə bilən meyvə və tərəvəz çantaları alacağı gözlənilir.

Xatırladaq ki, 2021-ci ildən Azərbaycanda qalınlığı 15 mikrona qədər olan polietilen torbaların ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi qadağan edilib.

2023-cü ilin fevral ayının 15-dən isə marketlərdə alış-veriş zamanı verilən polietilen torbalar pulla satılır. Belə ki, kiçik ölçülü torbalar 3 qəpiyə, böyük ölçülülər isə 5 qəpiyə satılır.

Bu üsul ilə alıcıların ciblərinə qənaət edərək az torbalar alacağı və daha az polietilen tullantıların ətraf mühitə ziyan vuracağı düşünülür.

Hər bir halda polietilen torbalar çox zərərlidir və mütəxəssislərin hesablamalarına görə polietilenin torpaqda çürüməsinə əsrlər lazımdır...

 

Y.MƏMMƏDLİ

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN