İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilmiş növbəti hərracda 10 nəqliyyat vasitəsi satılıb.

Xidmətdən TEZADLAR.AZ-a verilən məlumata görə, hərraca çıxarılan dövlət əmlaklarına ümumilikdə 42 sifariş qəbul edilib.

Hərrac rəqabətli olub. Belə ki, “UAZ” markalı avtomobilin start qiyməti 3 500 manat olsa da, ən son təklif 8 400 manata yüksəlib. Ilkin qiyməti 8 100 manat olan “QAZ 3302” markalı nəqliyyat vasitəsi 8 570 manata özəlləşdirilib.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/35QxX7 linki vasitəsilə tanış olmaq olar.

Cari ay üzrə növbəti hərrac avqustun 29-da keçiriləcək

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA