Ölkəmiz  bir neçə il öncə fındıq istehsalı və ixracına görə dünyada 3-cü yerdə idi - ilk yerdə Türkiyə, 2-ci yerdə İtaliya, 3-cü yerdə Azərbaycanın adı gəlirdi.

“Amma son illərdə Çili və ABŞ kütləvi şəkildə fındıq bağlarının salınması nəticəsində böyük məhsuldarlıq əldə edirlər. Buna görə də fındıq istehsalı və ixracına görə 3-cü yerdə Çili, 4-cü yerdə ABŞ, 5-ci yerdə Azərbaycan, 6-cı yerdə Gürcüstan dayanır”.

Bunu Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov kiv-ə açıqlamasında bildirib.

O, diqqətə çatdırıb ki, Azərbaycanda  fındıq bağlarının sayı artsa da, məhsuldarlıq aşağı olduğu üçün digər ölkələrdən geri qalırıq.

İsmayıl Orucov statistik rəqəmlərdən sitat gətirərək bildirib ki, ölkəmizdə 80 min hektaradək fındıq bağı salınıb, lakin onların bir çoxu köhnə üsulla salınmış bağlardır.

Onun sözlərinə görə, belə bağlarda keçmiş aqrotexniki qaydalar olduğundan məhsuldarlıq azdır və əsasən də şimal-qərb rayonlarında, hər hektar üçün cəmi 1 ton məhsul əldə olunur.

Sədr təəssüflə bildirib ki, ölkə üzrə fınıdığın hər hektar üçün ortalama məhsuldarlığı 800-900 kiloqramdır və bu, çox azdır.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA