Valideynlərini itirmiş 400 uşaq mənzil ilə təmin olunacaq.
Azərbaycan Prezidenti “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün” dövlət proqramını təsdiq edib. Proqramın əsas məqsədi sosial xidmət sisteminin, o cümlədən qanunvericiliyin və institusional mexanizmlərin təkmilləşdirilməsi və sosial xidmətlərin təminatı üçün zəruri şəraitin yaradılması üzrə dövlət siyasətinin əsaslarını müəyyən etməkdir.
Bu barədə Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov məlumat verib.
O, diqqətə çatdırıb ki, proqrama əsasən, uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 400 məzunu mənzillə təmin ediləcək.
"Söhbət həmin şəxslərin mənzil təminatının yaxşılaşdırılmasında dövlət siyasətinin güclənməsindən gedir.
Proqramda, həmçinin 4 şəhər və rayonunda mobil xidmət mərkəzləri vasitəsilə azı 200 nəfər əlilliyi müəyyən edilmiş və 150 ahıl şəxsə mobil xidmətlərin göstərilməsi imkanının yaradılması, 220 uşağın ailəyə qaytarılması və 250 uşağın stasionar müəssisəyə düşməsinin qarşısının alınması, dövlət sifarişi ilə sosial xidmət sahəsində həyata keçirilən layihələrin sayının hər il 10 faiz artmasına nail olunması, azı 120 uşağın himayədar ailəyə verilməsi kimi tədbirlər də nəzərdə tutulub", - deyə bildirib.
JASMİN
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA