Qarabağın bərpası, dirçəldilməsi və sənaye potensialının inkişaf etdirilməsi məqsədilə

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində yaradılan Ağdam və “Araz Vadisi İqtisadi Zonası” (Cəbrayıl) sənaye parklarında indiyədək investisiya kapitalı 200 milyon manatdan çox olan 31 sahibkarlıq subyektinə (24 rezident, 7 qeyri-rezident) rezidentlik və qeyri-rezidentlik statusu verilib. Bu sahibkarlıq subyektləri tərəfindən sözügedən sənaye parklarında ümumilikdə 2000-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarının rezidentlərinin bir çoxu artıq tikinti işlərinə başlayıb və işlər sürətlə davam etdirilir. Bəzilərində isə layihələndirmə işləri aparılır, tezliklə onlarında tikinti işlərinə başlamaları nəzərdə tutulur.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA