Əhalinin yalnız 2 faizi 9600 lari və daha çox əmək haqqı alır...

 Qonşu Gürcüstan Respublikasında cari ilin iyul ayında aylıq əmək haqqı alanların sayı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,7% artıb.

TEZADLAR.AZ Gürcüstan KİV-nə istinadən xəbər verir ki, bu barədə "Siyasət və İdarəetmə Məsləhətçi Qrupu"nun (PMCG) hazırladığı hesabatda bildirilib.

Qeyd edilir ki, iyul ayına olan məlumata əsasən, ölkədə 0-dan 600 lariyə (təqribən 388 AZN) qədər əmək haqqı alanların sayı 191 000 nəfər təşkil edib. Onlar arasında maaşı 100 laridən  (təqribən 65 AZN) aşağı olanların sayı 13 057 nəfər təşkil edir. 2400 lari (TƏQRİBƏN 1550 AZN) və daha çox aylıq əməkhaqqı alanların sayı 26,6% təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,8% çoxdur. Aylıq maaşı 9600 lari (təqribən 6300 AZN) və daha çox olan şəxslər isə əməkhaqqı alanların 2%-ni təşkil edir.

Son statistik məlumatlara əsasən, Gürcüstanda 15 yaş üzəri (əmək qabiliyyətli) əhalinin ümumi sayı 2 milyon 999 min 600 nəfərdir. Məlumata əsasən, 1 327 400 şəxs əmək fəaliyyəti ilə məşğuldur.

Xatırladaq ki, Gürcüstanın Milli Statistika Komitəsinin 2023-cü ilin birinci rübünə olan statistik məlumatına görə, ölkədə  orta aylıq nominal əmək haqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,7 faiz və ya 270,1 lari (təxminən 104 dollar) artaraq 1 716,6 lari (təxminən 659 dollar) təşkil edib. 

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 2023-cü ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,8 faiz artaraq 913,9 manat təşkil edib.

Mayın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 32,9 min nəfər və ya 1,9 faiz artaraq 1734,2 min nəfər olub.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA