Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, “Özəl investisiyaların cəlb edilməsi nəzərdə tutulan dövlət müəssisələrinin siyahısı” təsdiq edilib.

 Həmin dövlət müəssisələrinin siyahısı:

1. “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti.

2. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki:

2.1. “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti;

2.2. “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti.

3. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti.

4. “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti.

5. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil olan:

5.1. “Azərikimya” İstehsalat Birliyi (Etilen-Polietilen zavodu);

5.2. Karbamid zavodu;

5.3. Metanol zavodu.

TEZADLAR.AZ