Moskva Ankara və Doha ilə birlikdə ən kasıb ölkələrə taxıl tədarük etməyə hazırdır.

Tezadlar.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Soçidə Rusiya-Türkiyə danışıqlarının yekunları üzrə deyib.

"Biz təşəbbüsləri birlikdə təşviq etməyə hazırıq - cənab Türkiyə Prezidenti  təkid etdiyi kimi, Qara dəniz təşəbbüsünə qayıtmağa və Türkiyə və Qətərlə birlikdə ən yoxsul ölkələrə taxıl tədarük etməyə hazırıq", - o deyib.

Bundan əvvəl Putin Rusiya Federasiyasının Türkiyədə emal üçün güzəştli qiymətlə 1 milyon ton taxıl tədarükünü və ən yoxsul ölkələrə pulsuz daşınmasını təşkil edəcəyini bildirmişdi. Onun sözlərinə görə, Rusiya bu məsələdə Qətərin köməyinə ümid edir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA