Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi tərəfindən fiziki və hüquqi şəxslərin müraciəti

əsasında cari ilin avqust ayı ərzində respublika ərazisində 4439.82 ton dənli və paxlalı bitkilərin məhsulları, yemlər, texniki yüklər, qurudulmuş meyvələr və digər materiallar (tütün, pambıq, biyan və digər karantin nəzarətində olan materiallar), 27044.93 kubmetr meşə materialları (taxta altlıqlar (paletlər), qutular və s), 59616 kubmetr saxlanma yeri, 23600 kubmetr istixana və digər yerlər zərərsizləşdirilib.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, keçirilən fumiqasiya (zərərsizləşdirmə) tədbirləri nəticəsində ölkə ərazisində, sahibkarlara məxsus istehsal və saxlanma yerlərində fitosanitar vəziyyət sabitləşib, idxal olunan məhsullarda zərərvericilərin ölkə ərazisinə daxil olmasının və yayılmasının qarşısı alınıb.

Zərərsizləşdirmə tədbirləri karantin nəzarətində olan məhsulların becərilməsi, tədarükü, saxlanması, daşınması, emalı, satışı, habelə onların idxalı, tranziti və ixracı ilə məşğul olan hüquqi və fiziki şəxslər üçün məcburidir.

Mərkəzin fumiqasiya dəstələri tərəfindən sahibkarların müraciəti əsasında beynəlxalq standartların tələblərinə və mövcud təlimata uyğun olaraq operativ və keyfiyyətli fumiqasiya tədbirləri həyata keçirilir.

TEZADLAR.AZ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA