Azərbaycanlı iş adamları məhsullarını Türkiyəyə satmaq üçün təşəbbüs göstərməli, Türkiyədə biznes imkanlarını araşdırmalıdırlar.

TEZADLAR.AZ xəbər verir ki, bunu KİV-ə açıqlamasında türkiyəli iqtisadçı, “GM Global Group” beynəlxalq ticarət və broker konsaltinq şirkətinin qlobal prezidenti Ahmet Kaya bildirib.

O, diqqətə çatdırıb ki, Türkiyə azərbaycanlı iş adamlarına çox mühüm və gəlirli biznes imkanları təklif edir.

"Türkiyə sənaye müxtəlifliyinə görə dünyada lider dövlətlərdən biridir. Bu, həm də sahibkarlıq üçün böyük imkanlar açır. Türkiyə beynəlxalq ticarətdə olduqca böyük bir bazardır və çox ciddi, geniş biznes şəbəkəsinə malikdir", - deyə o, vurğulayıb.

 

Onun sözlərinə görə, Türkiyədə azərbaycanlı iş adamları üçün turizm, qida və içki, daşınmaz əmlak, sürətli istehlak malları, tikinti materialları, tekstil, təmizlik məhsulları və tibbi məhsullar kimi sahələrdə əhəmiyyətli biznes imkanları mövcuddur.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA