“Moody's Investors Service” beynəlxalq reytinq agentliyi SOCAR-ın baza kredit reytinqini “ba3”dən “ba2”yə yüksəldib, proqnozu sabitdir. Şirkətin korporativ ailə reytinqi "Ba1" səviyyəsində təsdiq edilib.

Baza kredit reytinqinin yüksəldilməsi SOCAR-ın maliyyə və kredit göstəricilərindəki yaxşılaşmanı, şirkətin strateji əhəmiyyətini və korporativ idarəetmənin təkmilləşdirilməsini əks etdirir.

Agentlik qeyd edir ki, son illər SOCAR-ın biznes və maliyyə profili möhkəmlənib, buna hasilatın və ticarət əməliyyatlarının həcminin sabit artımı kömək edib.

Şirkətin 2022-ci ildə gəlirləri 54 faiz artaraq 119 milyard manata, EBITDA (faizlər, vergilər, amortizasiya və amortizasiyadan əvvəl mənfəət) rekord həddə - 14 milyard manata çatıb.