Rusiya Mərkəzi Bankı 14-22 sentyabr tarixlərində keçiriləcək xarici valyuta satışını elan edib. Vəsaitlərin ümumi məbləği 150 milyard rubl olacaq.

"Rusiya Bankı 2023-cü ilin birinci yarısında Milli Rifah Fondunun (MRF) investisiyası ilə bağlı əməliyyatları əks etdirmək üçün əvvəllər elan edilmiş əməliyyatları müvəqqəti olaraq sürətləndirəcək. 2023-cü il sentyabrın 14-dən 22-dək olan müddət ərzində Rusiya Bankı valyuta bazarında cəmi 150 milyard rubl məbləğində vahid valyuta satışı həyata keçirəcək. Beləliklə, Rusiya Bankının bu əməliyyatlarının gündəlik həcmi bu dövrdə 2,3 milyard rubl əvəzinə 21,4 milyard rubl təşkil edəcək", - - Rusiya Mərkəzi Bankından bildirilir.

 Valyuta satışı ilə bağlı xəbərlərdən sonra rublun möhkəmlənməyə başladığı bildirilir.

Belə ki,  dollar 30 qəpik dəyər itirərək 97,61 rubla, yuan üç qəpiyə düşüb, onun dəyəri 13,35 rubl olub. Avro isə 11 qəpik ucuzlaşıb, dəyəri 104,81 rubl olub.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA