booked.net booked.net  

Mərkəzi Bank nağd pulla bağlı əməliyyatların optimallaşdırılması, effektivliyin və səmərəliliyin yüksəldilməsi məqsədilə bir sıra biznes proseslərin kommersiya banklarına ötürülməsi proseslərinə başlamışdır.

TEZADLAR.AZ xəbər verir ki, bununla əlaqədar Mərkəzi Bank tərəfindən operator bank modelinin tətbiqinə start verilmiş və kommersiya bankları arasından seçilmiş operator banklara qarşı tələblər müəyyən edilmişdir.

 Bu istiqamətdə Mərkəzi Bankın İdarə Heyətinin 30 avqust 2023-cü il tarixli qərarına əsasən “ABB” ASC-də operator bank müəyyən edilmişdir. Məlumat üçün bildiririk ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 iyun 2023-cü il tarixli qərarına əsasən “Kapital Bank” ASC operator bank olaraq seçilmişdir.

 Qeyd edək ki, hər iki bank öz müştərilərindən qəbul etdiyi pullarla yanaşı, digər banklardan və poçt rabitəsinin milli operatorundan alınmış kağız milli pul nişanlarının avtomatlaşdırılmış emal avadanlığında çeşidlənməsini həyata keçirmək və təkrar tədavülə buraxmaq funksiyasını həyata keçirəcəkdir.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA