Rusiya Federasiyasının Ulyanovsk vilayətindən Azərbaycana “Beynəlxalq Əməkdaşlıq və İxrac” layihəsi çərçivəsində ümumi çəkisi 20 ton təşkil edən süd məhsulları ixrac edilib.

"Azrbyacan iqtisadiyyatı" Teleqram kanalı xəbər verir ki, bu barədə Ulyanovsk vilayəti hökuməti sədrinin müavini, Ulyanovsk vilayətinin kənd təsərrüfatı və kənd inkişafı naziri Mixail Semyonkin sosial şəbəkədə məlumat paylaşıb.

O qeyd edib ki, ixrac edilən məhsullar alıcı ölkənin tələblərinə cavab verir və onların keyfiyyəti və təhlükəsizliyi akkreditə olunmuş laboratoriyaların sınaqlarının hesabatları ilə təsdiqlənir.

“Baytarlıq qanunvericiliyinin pozulması halları müəyyən edilməyib”, - M.Semyonkin əlavə edib.

TEZADLAR.AZ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN