Bu gün SOCAR, onun tərkibinə daxil olan "Azəriqaz", üstəgəl "Azərişıq", üstəgəl "Azərenerji", üstəgəl AZAL hamısı təbii inhisarlardır.
***
Rəqabət məcəlləsi bazarda ucuzluq yarada biləcəkmi?
Bu barədə deputat, MCP lideri Razi Nurullayev Parlamentdəki iclasda danışıb.
O, çıxışı zamanı açıqlayıb ki, Rəqabət Məcəlləsinin müzakirəyə çıxarılmasını alqışlayır və buna səs verəcək.
Lakin deputat onu narahat edən məsələləri də dilə gətirib. Onun sözlərinə görə, məcəllənin qəbulu ucuzluq yaratmayaca, səbəb isə...
Razi Nurullayev bu səbəbləri belə izah edib:
"İki məsələ üzrə münasibətimi və narahatlığımı bildirmək istəyirəm.
Birinci növbədə, əhalimizin gözləntisi ondan ibarətdir ki, Rəqabət Məcəlləsinin qəbul edilməsindən sonra bazarlarda ucuzlaşma olacaqmı? Azərbaycan bazarında başqa idxalçılara maneçilik törədib müəyyyən məhsulları ölkəmizə idxal edən vəzifəli şəxslər və onların himayə ediyi sahibkarlar vardı. Bu məsələ indi demək olar ki, aradan qaldırılıb, vergi və gömrükdə xeyli şəffaflıq yaranıb və idxalçılara münasibət müsbətə doğru dəyişib. Bu baxımdan, Rəqabət Məcəlləsinin idxal olunan mallar üzrə ucuzluq yaradacağını zənn etmirəm və vətəndaşlarımız da boşundan ümidlənməsinlər. Yox, yanlışlığım varsa, istərdim ki, bu barədə izahat verilsin. Ucuzluq necə yaranacaq, bunu sadə izahla bilmək istərdik.
İkinci məsələ, təbii inhisarlarla bağlıdır. Bu gün SOCAR, onun tərkibinə daxil olan "Azəriqaz", üstəgəl "Azərişıq", üstəgəl "Azərenerji", üstəgəl AZAL hamısı təbii inhisarlardır. Bu təbii inhisarçıları dövlət tənzimləyir, bazarda da digər oyunçular yoxdur. Bu məcəllə onlara necə təsir edəcək, bu anlaşılan deyil. Gözəl sözlər, bəlağətli cümlələr yazıla bilər, amma real həyatda onlar əksini tapmayacaq. Bu baxımdan, hansı addımlar atılacaq? Ikinci, üçüncü hava şirkətlərimiz olacaqmı ki, AZAL ilə rəqabət aparsın? Yaxud yuxarıda adını çəkdiyim şirkətlərdən başqa da şirkətlər olacaqmı ki, onlar aralarında rəqabət aparsın ki, Rəqabət Məcəlləsi də onları tənzimləsin?
Hər halda bu məqamlar qanunda qeyd olunarsa, o zaman rəqabət yarada biləcək şirkətlərin yaranması üçün əsaslar yaranar və sərmayə qoymaq istəyənlərin stimulu və motivasiyası əmələ gələr", -deyə deputat vurğulayıb.
JASMİN
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN