Qarabağda yurd yerlərimizə çəkilən yollara həm də düşmən bağrına vurulan ağır zərbə kimi də qiymət vermək olar...

Beləliklə, Azərbaycan üçün böyük əhəmiyyətə malik olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun 80 %-i tamamlanıb. Tezadlar.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin saytına istinadla bildirir ki, Cəbrayıl və Zəngilan rayonu ərazisindən keçən ən mühüm yol infrastrukturu layihələrindən biri Zəngəzur dəhlizinin Azərbaycandan keçən hissəsinin tikintisidir: “Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 123,5 km təşkil edir. Layihə üzrə fiziki tərəqqi 80 %-dir. Yol birinci texniki dərəcəyə uyğun 4 və 6 hərəkət zolaqlı olmaqla inşa edilir. Yol boyunca 58 alt keçid, 27 körpü, 12 km uzunluğa malik isə 3 tunelin inşası həyata keçirilir. Süni qurğular üzrə işlər 89 %, körpülər və tunellər üzrə isə ümumilikdə 77 % tamamlanıb. Yeni yola paralel olaraq uzunluğu 144 km olan mövcud yolun da hazırda yenidən qurulması işləri tərəfimizdən icra olunur. Bu işlər hazırda Horadiz-Zəngilan hissəsində aparılır”.

A.Nəcəfli qeyd edib ki, Horadiz-Cəbrayıl-Zəngilan-Ağdam avtomobil yolundan başlanğıcını götürən daha bir yol isə Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoludur: “Yolun ümumi uzunluğu 39,7 km təşkil edir. Yol birinci texniki dərəcəyə uyğun 4 hərəkət zolaqlı olmaqla inşa edilir. Dövlətimizin başçısı 2022-ci il oktyabrın 19-da sözügedən yolun Cəbrayıl şəhərinə qədər olan 14,2 km-lik hissəsinin, həmçinin bu ilin may ayının 5-də Cəbrayıl şəhərindən sonrakı 8,2 km-lik hissəsinin açılışında iştirak edib. Yolun qalan hissəsinin tikintisi davam edir və artıq yekunlaşmaq üzrədir”.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN