Ermənistan əməkdaşlıqdan imtina edərsə, Zəngəzur dəhlizi İran ərazisindən keçəcək.

TEZADLAR.AZ KİV-ə istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin naziri Əbdülkadir Uraloğlu səsləndirib.

Türkiyənin Nəqliyyat Nazirliyinin rəhbəri Abdulkadir Uraloğlu bildirib ki, Zəngəzur dəhlizinin beynəlxalq marşrutu layihədə iştirak edən hər bir ölkə üçün faydalı olacaq.

“Real coğrafi şərait baxımından dəhliz keçdiyi istənilən ölkə üçün faydalı olacaq. Düşünürük ki, Ermənistan bu məsələyə  qərəzli siyasi çalarsız qiymət verəcək", - deyə Abdulkadir Uraloğlu vurğulayıb.

 O, əlavə edib ki, əgər Ermənistan yolun tikintisində iştirakdan imtina edərsə, o zamanı marşrut İran ərazisindən keçəcək

Uraloğlunun sözlərinə görə, hazırda yol demək olar ki, tikilib - Naxçıvanda 110 km-lik hissə artıq hazırdır.

Daha sonra marşrutun Türkiyənin Qars istiqamətinə getməsi planlaşdırılır. Marşrutun Türkiyə hissəsi 220 km-dən çox olacaq. Yaxın vaxtlarda ölkədə yolun tikintisi üçün tender keçiriləcək.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN