İqtisadiyyat Nazirliyi Almaniya Federativ Respublikasının Düsseldorf şəhərində 2024-cü ilin 10-12 mart tarixlərində keçiriləcək

“Prowein 2024” beynəlxalq şərab və spirtli içkilər sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.

TEZADLAR.AZ xəbər verir ki, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) məlumatına görə, vahid ölkə stendində iştirak edəcək ixracatçıların maksimum sayı 15 şirkət təşkil edəcək. İştirakçılar müsabiqə əsasında seçiləcək.

Seçim meyarları ilə AZPROMO-nun rəsmi internet səhifəsindən (https://u.to/mhv-Hw) tanış olmaq olar.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN