Azərbaycan 2023-cü ilin yanvar-avqust aylarında 58 min 624,27 ton AI-92 markalı avtomobil benzini idxal edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 70,5% azdır.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

AI-92 markalı avtomobil benzininin idxal dəyəri $54 milyon 148,08 min (azalma 75,8%) təşkil edib.

2023-cü ilin yanvar-avqust aylarında idxalın əsas həcmi Türkmənistanın ($19 milyon 563,34 min dəyərində 22 min 733,53 ton) payına düşüb. Litvadan 20 min 943,53 ton ($22 milyon 587,39 min dəyərində), Rusiyadan isə 14 min 947,21 ton benzin ($11 milyon 997,35 min dəyərində) idxal edilib.

Litvadan Azərbaycana AI-92 markalı benzinin idxalına cari ilin avqust ayında başlanılıb.

2022-ci ildə Azərbaycana 223 milyon 456,8 min dollar dəyərində 198 min 790,13 ton AI-92 markalı avtomobil benzini idxal edilib. 2021-ci ildə AI-92 markalı benzinin idxalı həyata keçirilməyib.

Azərbaycanda AI-92 markalı avtomobil benzini yalnız Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda istehsal olunur. (İnterfaks-Azərbaycan)

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN