Qazaxıstan Qərbin sanksiyalarına görə 106 növ malın ixracına məhdudiyyətlər qoyub. Qadağa həm yerli, həm də xarici istehsalçıların məhsullarını əhatə edir.

Bu barədə “zakon.kz” Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Kayrat Torebayevə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, məhdudiyyətlər hərbi mallara, o cümlədən dronlara, onlar üçün ehtiyat hissələrinə, ixtisaslaşdırılmış elektronika və çiplərə təsir edəcək.

Bundan əvvəl, sentyabrın 28-də Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev ölkəsinin Rusiyaya qarşı sanksiyalar rejiminə əməl edəcəyini bildirmişdi.

Eyni zamanda, Tokayev Qazaxıstan və Rusiya arasında əməkdaşlığı inkişaf etdirəcəyinə söz verib. O, Rusiyanın müxtəlif sahələrdə, o cümlədən ticarət sahəsində çoxdankı əməkdaşlıq ənənələrinin olduğunu qeyd edib. Eyni zamanda, Rusiyanın Qazaxıstanla ticarət həcmi artır və 2022-ci ildə 25 milyard dollara çatır.

O, sanksiya qarşıdurmasının əks-məhsuldar olduğunu dəfələrlə bəyan etdiyini də xatırladıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN