Azərbaycanda təqvim ilinə görə, artıq payızdır və qışın nəfəsi duyulur...

Lakin havaların kəskin soyuması "Azəristiliktəchizat" ASC-nin xidmətini zəruri edir. Qurum isə əhali istehlakçı qrupu ilə müqavilələrin bağlanılmasına başlayıb. Məlum olur ki, Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli Qərarı ilə təsdiq olunmuş "İstilik enerjisindən istifadə qaydaları"nın 1.4-cü bəndinə əsasən istilik və isti su təchizatı xidmətləri enerji təchizatı müəssisəsi ilə istehlakçı arasında bağlanılmış müqavilə əsasında həyata keçirilməlidir. Bununla bağlı "Azəristiliktəchizat"ın əməkdaşları Cəmiyyətdə işlədiyini təsdiq edən vəsiqəni təqdim etdikdən sonra müqavilə bağlanması üçün istehlakçıdan zəruri sənədləri - mənzil mülkiyyətçisinin şəxsiyyət vəsiqəsi və çıxarışın surəti təqdim etməyini xahiş edir. Müvafiq sənədlər əsasında "Azəristiliktəchizat" və istehlakçı arasında müqavilə imzalanır. Sakinlərə müqavilənin mahiyyəti və zəruriliyi barəsində əvvəlcədən məlumatlar verilib, bütün binaların girişlərinə elanlar vurulub. Müqavilə bağlanılmadığı halda istilik təchizatı xidmətlərindən istifadə qeyri-qanuni hesab olunacaq. Əlavə məlumatlar üçün istehlakçılar qurumun (012) 956 qısa nömrəli Qaynar Xətti ilə əlaqə saxlaya bilərlər və sair.

Azərbaycanda elektron hökumətin tətbiqi o deməkdir ki, hər bir mülkiyyətçi hansı ünvanda yaşayır və hansı mülki hüquqlara malikdir. Elə isə vətəndaş qeyd olunan sənədlərini götürüb nədən ASC-nin hansısa şöbəsini axtarmalıdır? Müqaviləni elektron qaydada bağlamaq bu qədərmi çətindir? İnsanlar mobil tətbiq vasitəsi ilə bank əməliyyatları həyata keçirir və digər xidmətlərdən yararlana bilirsə, deməli, daha sadə yol tapılmalı, vaxt itkisini minimuma endirmək lazımdır...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA