Xəbər verdiyimiz kimi,  "Muğan Bank" ASC-nin lisenziyası bir müddət gün öncə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə ləğv edilib...

 O  “Muğan Bank” ki,  1992-ci ildə yaradılıb və uzun illər deputat, həm də “Odlar Yurdu” universitetinə rəhbərlk edən Əhməd Vəliyevin ailəsinə məxsus olub…

Bank bağlandıqdan sonra bəzi müştəriləri "“Muğan Bank”dakı notarius hesablardakı pullar qaytarılacaqmı?" sualı qayğılandırmağa başladı.
Yaranmış suala cavab olaraq itisadçı-ekspert, həm də deputat Vüqar Bayramov da bildirib ki, həqiqətən də adı çəkilən bank notariuslarla sıx əməkdaşləq edib və çox güman ki, bankın depozit hesablarında da vəsaitlər var. O, diqqətə çatdırıb ki, bank müflis olan zaman vətəndaş nağdsız satdığı əmlakın pulunu geri ala bilmir. Vüqar Bayramov belə məqamda vətəndaşların hansı addımı atmalı olduğunu da izah edib:
"Monitorinqlər göstərir ki, “Muğan Bank” notariuslar ilə daha sıx əməkdaşlıq edən banklardan olub. Ödənişlər zamanı pulların hesablarda müəyyən zaman qaldığını nəzərə alsaq, bankın notarius depozit hesablarında da vəsaitlərin olduğu güman edilir.
Daşınmaz və əksər daşınan əmlaklar nağdsız satıldığı üçün bu zaman vəsait bir müddət depozit hesablarında qalır. Əmlakını satan vətəndaş alıcının ödədiyi pulu orta hesabla 2 iş günü ərzində bankda nağdlaşdıra bilirdi. Məsələn, vətəndaş 150 min manata evini satıb, o pulunu 2 gün sonra ala bilir və həmin müddətdə bank müflis olur. Bank müflis olduğundan həmin vəsaiti əldə edə bilmir. Bu halda nə etməlidir?"
Qanunvericiliyə edilən yeni dəyişikliklərə əsasən, notariusun depozit hesabına mədaxil edilmiş fiziki şəxslərə məxsus vəsaitləri tam məbləğdə ödənilir. Bu isə o deməkdir ki, bu halda vətəndaşın vəsaiti tam ödənilməlidir və heç bir halda onun pulunun qaytarılmaması və ya qismən ödənilməsi müzakirə edilə bilməz", -deyə o, vurğulayıb.
Xatırladaq ki, daha əvvəl Vüqar Bayramov “Muğan Bank”da sahibkarların hesablarındakı pulların taleyi necə olacaq?" sualını da cavablandırmışdı. O, həmçinin vətəndaşlara son baş verənlərdən dərs götürməyi və əmanətlərini hansısa banka etibar edərkən, həmin bankın maliyyə göstəricilərini yaxşıca araşdırmalarını da tövsiyə edib. 
Y.MƏMMƏDLİ
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA