Artıq uzun müddətdir ki, Azərbaycanda fəaliyyət göstərən bir çox restoranda elektron menyular mövcuddur.

Bu isə müştəri məmnuniyyətini artırır, onun əvvəlcədən məkan və qiymətlərlə tanış olmasına şərait yaradır. Yeniliklər isə gəlməkdə davam edir.

Ölkəmizdə bunun ilk yaradıcısı,  startap məhsullarına görə KOBİA-dan “Startap şəhadətnaməsi” alan “Monyo” şirkətidir.

Şirkətin rəhbəri KİV-ə verdiyi açıqlamada vurğulayıb ki, hazırda bazara üç məhsul edirlər: “Monyo QR” (elektron menyu), “Monyo Pos” (restorandaxili idarəetmə sistemi) və “Monyo App” (restoran-portal) sistemləridir.

Onun sözlərinə görə, şirkətin restoran sektorunda 1800-dən çox müştərisi var və  50 mindən çox restoran masasında elektron menyusu mövcuddur. Müştərilər QR-lə sistemə daxil olduqları zaman restoranın menyusuna, interyerinə, ünvanına, iş saatlarına, endirimlərinə baxa, burada yer rezervasiya edə bilirlər.

Qeyd edilir ki, 2024-cü ilin yanvar ayından restoranda müştərilər elektron menyudan faydalanmaqla yanaşı, ofisiantı gözləmədən mobil tətbiq vasitəsilə ödənişi birbaşa masadan apara biləcəklər. Bu zaman müştərilər yalnız sistemdə “restoranın başqa imkanları” bölməsinə daxil olaraq “Siz ödəniş etmək istəyirsinizmi?” seçimi vasitəsilə kartla ödəniş edə biləcəklər.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA