PARADOKS: ..Depozit üzrə tam gəlir əldə edə bilməyən vətəndaş, kredit üzrə öhdəliyini tam ödəməli olur

“Muğan Bank”ın müflis elan edilməsi daha bir vacib məsələni gündəmə gətirdi. Belə ki, bankda depoziti olanların əmanətləri üzrə faizlər sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə ödənilir.

Bu barədə Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov fikirlərini bölüşüb.

 Onun sözlərinə görə bank müflis elan olunduqdan sonar bankda əmanəti olan şəxslərin qorunan əmanətlərinə faiz hesablanmır, amma krediti olan şəxslərin aylıq faizləri həmişəki kimi, yığılmaqda davam edir.

Həmçinin o vurğulayıb ki, bank müflis olduğu üçün geri qaytarılacaq əmanətlərüçün bəzən 180 gün tələb olunacaq ki, bu zaman həmin əmanətlər passiv, yəni gəlir gətirməyən əmanət kimi qalacaq.

 “Sığorta hadisəsi isə bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması barədə məhkəmə qərarının qüvvəyə minməsidir. Yəni, “Muğan Bank”dakı qorunan əmanətlərə artıq faiz hesablanmır və həmin məbləğlər dəyişməz qalıb. Əmanətlərin ödənilməsinin 90 və bəzi hallarda 180 gün tələb etdiyini nəzərə alsaq, o halda bu müddətdə əmanətlər passiv vəsait kimi hesabda qalacaq.

Məsələn, vətəndaşın bankda 30 min manat əmanəti olub və bank müflis olanadək onun depozitinə 2700 manat faiz hesablanıb. Bununla da cəmi əmanət məbləği 32700 manat olub. Əgər bank müflis olmasaydı, onun depoziti ilin sonunda 33600 manat olmalı idi. Amma bank müflis olduğundan, onun depoziti 3 ay sonra ödənilsə də vətəndaşımız 33600 manat deyil, 32700 manat alır. Praktik olaraq, vətəndaşın depoziti ondan asılı olmayan səbəbdən hesabda passiv formada saxlanılır. Əksinə, vətəndaşın müflis olanda bankda krediti varsa, həmin kreditə faiz hesablanması davam edir. Yəni, eyni vətəndaşın “Muğan Bank”da həm depoziti və krediti varsa, o halda onun depozitinə faiz gəliri hesablanması dayandırılır, kreditinə isə aylıq faizlər əlavə olunur. Nəticədə, depozit üzrə tam gəlir əldə edə bilməyən vətəndaş, kredit üzrə öhdəliyini tam ödəməli olur”, - deyə iqtisadçı izah edir.

 Baş verən ədalətsizliyi aradan qaldırılması üçün Vüqar Bayramov təklif də irəli sürülüb:

 “Bu baxımdan, təklif edirik ki, əmanətlərə faizlər sığorta hadisəsi baş verən günə deyil, vəsaitin ödənilməsi barədə qərar verilən tarixədək hesablansın. Bu halda 12 fazilə bankda 30 min manat əmanəti olan vətəndaşın depozitinə 3 ayda orta hesabla 900 manat faiz gəliri hesablanıb əlavə olunacaq. Bu halda vətəndaşın sığortalanmış depoziti ödənilən zaman ona 32700 manat deyil, müqavilədə göstərilən kimi 33600 manat veriləcək. Nəticədə, bankın müflis olması vətəndaşımızın əmanət gəlirlərini azaltmayacaq”, - deyə iqtisadçı-ekspert vətəndaşların hüquqlarını qoruyan, onların büdcəsinə dəyəcək zərərin qarşısını ala biləcək təklif verib.

Xatırladaq ki, "Muğan Bank" ASC-nin lisenziyası bir müddət gün öncə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə ləğv edilib.

 Qeyd edək ki, “Muğan Bank”  1992-ci ildə yaradılıb və uzun illər deputat, həm də “Odlar Yurdu” universitetinə rəhbərlk edən Əhməd Vəliyevin ailəsinə məxsus olub.

Y.MƏMMƏDLİ

 

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA