"Bitdi, depozitlərə vergi tutulmayacaq".

Qazaxıstan Respublikasının milli iqtisadiyyat naziri Alibek Kuantırov qazaxıstanlıların əmanətlərindən vergi tutulmayacağını açıqlayıb.

Tezadlar.az Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, nazir senatda çıxışı zamanı bildirib.

"Biz bu ideyadan imtina etdik. Bitdi, depozitlərə vergi tutulmayacaq", - o, deyib.

Milli İqtisadiyyat Nazirliyinin rəhbəri Alibek Kuantyrov bir müddət əvvəl Məclisdə Qazaxıstanda depozitlərə görə mütərəqqi FGV (fərdi gəlir vergisi) tətbiq etmək istədiklərini bildirmişdi.

 Qeyd edək ki, Azərbaycanda  banklarda olan əmanətlər 2016-cı il fevralın 1-dən 7 il müddətində vergidən azad edilmişdi. Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə əsasən, yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azad idi. Həmin müddət artıq başa çatıb. 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA