Məlum olduğu kimi, bir müddətdir lisenziyası ləğv edilmiş "Muğan Bank"ətrafında söz-söhbətlər səngimir. Bankda müxtəlif adda pulları, əmanətləri olan vətəndaşlar narahatdırlar. İqtisadçı-ekspert, deputat Vüqar Bayramov demək olar ki, hər gün adı çəkilən bankın müştərilərini narahat edən sualları cavablandırır, aydınlıq gətirir, həlli yollarını izah edir.
Bu dəfə isə məşhur iqtisadçı vətəndşların ona ünvanladığı  “Muğan Bank”da olan əmək haqqı kartlardakı pullar qaytarılacaqmı?" sualını cavablandırıb.
 
O, diqqətə çatdırıb ki, Mərkəzi Bankın qərarı ilə lisenziyası ləğv edilən “Muğan Bank"da olan əmək haqqı və plastik kartlardakı pulların taleyi ilə bağlı ünvanlanan çoxsaylı suallar ilə əlaqədar qeyd etmək istərdik ki, o vəsaitlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən kompensasiya edilməlidir.
Vüqar Bayramov vurğulayıb ki, fiziki şəxslərin bankda olan əmanətlərinin yalnız 100 manatadəki qorunan əmanət hesab olunduğu üçün kompensasiya da maksimum həmin məbləğ üçün ödəniləcək.
Onun sözlərinə görə, həmin ödəmələr dekabrın sonundan etibarən həyata keçirilməyə bağlayacaq.
 
"Qanunvericiliyə əsasən, həmin kartlarda olan pullar dövlət tərəfindən vətəndaşlara ödənilməlidir. Fiziki şəxslərin cari hesablarındakı vəsaitlər də qorunan pullardır. Bu zaman da faizli əmanətlər də olduğu kimi 100 min manat maksimum kompensasiya ediləcək məbləğdir.
Fiziki şəxslərin kartlarında olan vəsaitlər ləğvedici təyin edildikdən sonra qanunvericiliyə uyğun olaraq qorunan əmanət kimi vətəndaşlara ödənilir. Bunun üçün ləğvedici tərəfindən agent bank seçilir və həmin vəsaitlərin qaytarılması müəyyən edilmiş qaydada həyata keçirilir. Kompensasiyaların ödənilməsi prosesinə növbəti ayın sonlarında start veriləcəyi gözlənilir", -deyə o, izah edib.
Xatırladaq ki, "Muğan Bank" ASC-nin lisenziyası bir müddət gün öncə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə ləğv edilib.
Qeyd edək ki, “Muğan Bank”  1992-ci ildə yaradılıb və uzun illər deputat, həm də “Odlar Yurdu” universitetinə rəhbərlk edən Əhməd Vəliyevin ailəsinə məxsus olub.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA