Xarici ölkələrə edilən ezamiyyə ödənişlərinin məbləği barədə həmişə mübahisələr ortaya çıxır... Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatına müraciət edən işçilər də Türkiyə dövlətinə edilən səfərlərdə ezamiyyə xərcinin məbləği ilə maraqlanırlar.
İB-nin hüquqşünası Azər Quliyev "Təzadlar"ın bu məzmunlu sorğusunu belə cavablandırdı: "Bununla əlaqədar bildirirəm ki, xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük norması AR Nazirlər Kabinetinin qərarına ilə müəyyən edilir. Nazirlər Kabinetinin Qərarına əsasən, Türkiyə Respublikasında 1 günlük ezamiyyə norması - 150 avro, Ankara və İstanbul şəhərlərində isə - 165 avro təşkil edir. Ezamiyyə xərclərinin 1 günlük normasına: gündəlik, mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat (taksidən istifadə istisna olmaqla) və digər xidmətlər ilə bağlı xərclər daxildir. Nəqliyyat xərcləri (ezam olunma yerinə getmək və qayıtmaq, ölkə-daxili xərclər) təqdim edilən sənədlər əsasında ödənilir. İşçiləri xarici ölkəyə ezamiyyəyə göndərən idarə və təşkilatlar xarici ezamiyyə xərclərini, bu məqsəd üçün nəzərdə tutulmuş vəsaitləri mövcud qanunvericiliyə uyğun olaraq xarici valyutaya çevirməklə ödəyirlər".
JASMİN
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA