“AzerGold” QSC tərəfindən, Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə,

Ağqoyunlu dövlətinin hökmdarı, Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində xüsusi yeri olan Uzun Həsənin anadan olmasının 600 illiyi münasibətilə qızıl sikkə istehsal edilib.

QSC-dən TEZADLAR.AZ-a verilən məlumata görə, nəfis tərtibatda dizayn edilmiş, incə naxışlarla zərb edilmiş 999.9 əyarlı, 20 qram çəkiyə malik qızıl sikkələr Heydər Əliyev Mərkəzində təşkil edilən “Uzun Həsən – Ağqoyunlu dövlətinin hökmdarı” sərgisində nümayişə çıxarılıb.

Yeni qızıl sikkə QSC-nin Bakı şəhəri, Bülbül prospekti, 3 ünvanında yerləşən satış və mübadilə mərkəzində də müştərilərə təqdim edilir. Məhsulları, həmçinin, onlayn satış platforması (azergold.gift) vasitəsilə əldə etmək mümkündür.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA