Qarabağda həyata keçirilmiş antiterror tədbirlərində şəhid olanların ailələrinə Prezidentin aylıq təqaüdünün təyin olunması tam yekunlaşıb, digər sosial ödənişlərin təyinatı və ödənilməsi prosesi isə böyük hissəsi icra olunmaqla davam etdirilir.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, nazirlik antiterror tədbirlərin nəticəsində şəhid olan və xəsarət alan hərbi qulluqçularla bağlı sosial dəstək tədbirlərinə dərhal başlayıb, hazırda da təxirəsalınmaz şəkildə davam edir: “Həmçinin döyüşlərdə xəsarət almış hərbi qulluqçulara da dövlət icbari şəxsi sığorta üzrə ödənişlərin edilməsi təmin olunur”. Nazirlikdən o da bildirilir ki, onların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mənzil və fərdi evlərlə, avtomobillərlə təminatı, həmçinin əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələlər qanunvericiliyə uyğun olaraq aparılacaq. 

Xatırladaq ki, lokal antiterror tədbirləri zamanı Azərbaycan Silahlı Qüvvələrinin 192 hərbi qulluqçusu şəhid olub. Şəhid hərbçilərdən 180 nəfər Müdafiə Nazirliyinin, 12 nəfər isə Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır. Şəhid olanlardan 1 nəfər də mülki şəxsdir. Eyni zamanda 511 hərbi qulluqçu və 1 mülki şəxs yaralanıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA