Yeni ildən bəzi şəxslərin kreditlərinin silinməsi nəzərdə tutulub. Bəs kimlərin kreditləri silinəcək?
Sualı Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov cavablandırıb.
O, diqqətə çatdırıb ki, növbəti ildə problemli kreditlərin həlli üçün xeyli vəsait nəzərdə tutulub. 
"2024-cü ilin dövlət büdcəsindən fiziki şəxslərin problemli kreditlərinin həlli üçün 1.7 milyon manat kompensasiya ödənişlərinin həyata keçirilməsi nəzərdə tutulur. Bununla bağlı çoxsaylı sualların olmasını nəzərə alaraq qeyd etmək istərdik ki, əvvəlki illərdə də bu məqsədlə dövlət büdcəsindən vəsaitlərin ayrılması nəzərdə tutulurdu.
Bu ilin sentyabrında Qarabağda aparılan antiterror əməliyyatlarında şəhid ailəsi statusu almış ailələrin kredit borcunun silinməsi də qanunvericlikdə öz əksini tapıb. Qeyd edək ki, “Vergi Məcəlləsinə” əsasən, Vətən müharibəsi iştirakçılarının və Vətən müharibəsində, habelə Vətən müharibəsindən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları və hərbi təxribatlar nəticəsində şəhid ailəsi statusu almış və əlilliyi müəyyən edilmiş şəxslərin banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsindən əldə olunan gəlirlərə aid edilmir. Müəyyən edilmiş silinən borcların əsas məbləği üzrə yaradılmış ehtiyatlar gəlirdən çıxılan xərclərə aid edilir", - deyə o, bildirib..
Vüqar Bayramovun sözlərinə görə, bu baxımdan, qeyd olunan prioritet qruplar üçün kredit borcunun silinməsi növbəti ildə də nəzərə alınacaq və bu, həmin ailələrin sosial təminatının gücləndirilməsi məqsədi daşıyır.
Qeyd edək ki, 2023-cü il oktyabr ayının 1-nə Azərbaycanda problemli kreditlərin həcmi əvvəlki aya nisbətən 2,7% azalaraq 519.8 milyon manata enib.
Mərkəzi Bankın məlumatına görə, vaxtı ötmüş kreditlər bu ilin əvvəlinə nisbətən 12.4%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 20% azalıb.
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1 faiz bəndi azalaraq 2.3% təşkil edib.
Xatırladaq ki, illər öncəsi dolların qəflətən bahalaşması dollarla götürülən kredit faizlərinin artmasına, kredit götürən şəxslərin banklar qarşısında borclanmasına səbəb olmuşdur. Hazırda bu insanlaın çoxu o zamankı hesablamalara görə, götürdükləri krediti faizi ilə birgə çoxdan ödəyiblər, lakin dolların bahalaşması onları yenə borclu şəxs kimi  qarşı tərəfin məhkəmə çəkişmələrinə cəlb etməkdədir... 
JASMİN
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA