Azərbaycandan Gürcüstana qaz və yanacaq, Gürcüstandan Azərbaycana isə qoyun göndərilir...

Bu yaxşı əlamətdir, ya yox, bu başqa problemdir... Amma faktdır ki, Gürcüstandan xarici ölkələrə qoyun ixracı rekord səviyyədə artıb. Tezadlar.az Gürcüstan Milli Statistika İdarəsinin hesabatına istinadla bildirir ki, 2023-cü ilin yanvar-sentyabr aylarında Gürcüstandan 32 milyon, 397 min ABŞ dolları dəyərində qoyun ixrac olunub ki, bu da ötən ilin müvafiq göstəricilərini minimum 5 dəfə qabaqlayır.

Gürcüstanın yanvar-sentyabr aylarında diri qoyun satdığı ölkələrin siyahısı belədir:

■ Azərbaycan - 14 milyon dollar dəyərində;

■ Səudiyyə Ərəbistanı - 8 milyon, 924 min dollar dəyərində;

■ İraq - 5 milyon, 5 min dollar dəyərində;

■ Küveyt - 2 milyon, 948 min dollar dəyərində;

■ Qətər - 704 min dollar dəyərində; ■ Birləşmiş Ərəb Əmirlikləri - 480 min dollar dəyərində;

■İran - 317 min dollar dəyərində;

■Livan - 115 min dollar dəyərində.

2020-2021-ci illərdə Gürcüstandan ən çox qoyun Səudiyyə Ərəbistanına ixrac edilib, 2022-ci ildə isə ixracatda Azərbaycan birinci sıraya yüksəlib...

Bəli, bizə qoyun daha çox lazımdır, çünki özümüzdə qoyunun dilini hələ də bilməmək problemi var...

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA