Müharibə veteranlarının 80 manatlıq təqaüdü artırılmalıdır.

Bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Onun fikrincə, veteranların təqaüdləri ona görə artırılmalıdır ki, bundan xaricdəki antimilli ünsürlər istifadə edir.

 "Müharibə veteranlarının 80 manatlıq təqaüdünün artırılmasına əncam çəkilməlidir. Xaricdə oturan antimilli ünsürlər bundan istifadə edirlər. Buna əncam çəkilməli, vəsait artırılmalıdır”.

Əslində dövlət imkan dairəsində veteranların təqaüdlərini artırmalıdır. Və ilbəil belə məsələlərə əncam çəkiləcək. Minlərlə şəhidi, qazisi, Qarabağ boyda tikintiyə, abadlaşmaya start verilmiş bölgəsi olan ölkə üçün əlbəttə, hər şeyi birdən həll etmək heç də asan deyil. Və nəzərə alsaq ki, kənardan da heç bir yardım daxil olmur. İşğalçı Ermənistana isə müxtəlif bəhanələrlə pul yağış kimi yağdırılır. 

P.S. Danışanlara gəldikdə isə - danışmaq istəyənlər bunu qarşılarına məqsəd kimi qoyublarsa, onsuz da danışacaqlar...

 

Y.MƏMMƏDLİ 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA