Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən müharibə veteranları üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik bizneslərin yaradılması işləri davam edir.

ƏƏSMN-dən TEZADLAR.AZ-a bildirilib ki, bu gün Bakı və bölgələrdə daha bir qrup müharibə veteranı, o cümlədən Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan şəxs seçdikləri fəaliyyət istiqamətləri (avtotəmizləmə və avtoçilingər) üzrə lazımi avadanlıqlarla təmin edilməklə kiçik bizneslərini qurub.

Tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsindən sonrakı dövrdə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 20,3 min şəxs aktiv məşğulluq proqramlarına cəlb olunub. Onlardan 10,3 min şəxs özünüməşğulluq proqramına cəlb edilməklə onlar üçün proqramın dəstəyi ilə kiçik təsərrüfatlar yaradılıb.

Proqrama cəlb edilən şəxslər ilk olaraq təlimlərə cəlb edilir, daha sonra isə qiymətləndirmədən keçərək aktivlərlə təmin olunurlar.

Aktivlərlə təmin olunan şəxslərə sonrakı mərhələdə biznesin idarə edilməsi və inkişafı ilə bağlı məsləhət xidmətləri də göstərilir.

v

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA