İqtisadi Zonaların İnkişafı Agentliyində (İZİA) Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) Türkiyə-Azərbaycan Əməkdaşlıq Şurasının İcraiyyə Komitəsinin sədri Kemal Koloğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Agentlikdən TEZADLAR.AZ-a verilən məlumata görə, İZİA-nın İdarə Heyəti sədrinin müavini Seymur Adıgözəlov nümayəndə heyətinə ölkəmizdə mövcud sənaye zonaları, burada iş adamları üçün yaradılan investisiya imkanları barədə məlumat verib, sənaye zonalarının təqdimatı keçirilib.

Kemal Koloğlu Azərbaycanda fəaliyyət göstərən sənaye zonalarında, əsasən də işğaldan azad edilmiş ərazilərdə mövcud sənaye parklarında həyata keçirilən biznes layihələrində iştirak etməkdə və müvafiq sahələrdə təcrübələrini bölüşməkdə maraqlı olduqlarını diqqətə çatdırıb.

Görüş çərçivəsində türk iş adamları sənaye zonalarında yaradılan əlverişli biznes imkanlarından yararlanmağa dəvət edilib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA