Gürcüstanda oktyabr ayında Gürcüstanda iş qabiliyyətli kişi üçün bir aylıq yaşayış minimumu 252 lari, 10 tetri (təqribən 160 manat) təşkil edib.

Bu barədə Gürcüstan KİV-i məlumat yayıb.

Ölkənini Milli Statistika Xidmətinin məlumatına görə, bu, ötən ay ilə 1 lari 20 tetri artım deməkdir.

Qeyd edilir ki, MSX yaşayış minimumunu minimum ərzaq səbətinə əsasən müəyyən edir, hansı ki, bura 40 məhsul daxildir: çörək, taxıl, ət, süd məhsulları, tərəvəz və qənnadı məmulatları.

 Qeyd edək ki, Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdi.

Əlavə edək ki, artıq ötən gün - noyabrın 14-də Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında qərar qəbul edilib.

Bu qərara əsasən,  2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib.

 

JASMİN

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA