Özbəkistanda fəaliyyət göstərən "Korzinka" şirkəti çeşidi genişləndirmək və qiymətləri azaltmaq üçün yeni yollar axtarır və bu məqsədlə ölkəyə ət tədarükü məsələsini öyrənməyə başlayıb.

Əsas məqsəd isə məhsulları bütün keyfiyyət tələblərinə cavab verən istehsalçı tapmaq olub. Nəticədə seçim  Hindistanın “Halal” sertifikatına malik olan “Kamil” brendi olub. İlk tədarüklər oktyabrın sonunda başlayıb. Məhsullar artıq ölkə üzrə şəbəkənin bütün filiallarında mövcuddur

Qeyd edək ki, Hindistan dünyanın əsas ət tədarükçülərindən biridir

Daxili tələbatın az olması səbəbindən Hindistan 2000-ci ildən bəri digər ölkələrə mal əti ixracını sürətlə artırır. Onu da əlavə edək ki, Hindistanda inək “müqəddəs” heyvan hesab olunduğu üçün onlar mal əti istehlak etmirlər.

 Hindistanda heyvandarlıq kənd təsərrüfatının əsas sahəsidir və ölkə dünyada mal-qara sayına görə birinci yerdədir. Əsas alıcılar arasında təkcə ABŞ və Avropa ölkələri deyil, həm də BƏƏ, Misir və Malayziya var.

Azərbaycan da Hindistandan ət idxal edir. Onun halallığı barədə bir söz deyə bilmərik. Bunu idxalatçı şirkətlər tələb etməlidir. Lakin bir neçə ay öncə “Ovçular ət və ət məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Hindistandan ölkəmizə idxal etdiyi 27 ton 675 kq mal əti məhsulundan nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin müəyyən olunması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilmişdi.

Aparılan sınaq nəticəsində məlum oldu ki,  ət məhsulunda salmonella bakteriyası aşkarlanıb və məhsul qida sahəsində normativ sənədin tələblərinə uyğun deyil.

Hər halda, xaricdən ölkəmizə ət idxal edərkən və pul qazanmaq istəyərkən əhalinin sağlamlığı da nəzərə alınmalı və həmin ölkənin ət ixracatçılarının güvənli olmasına əmin olunmalıdır.

Bu mənada, uzun müddətdir sağlam ət istehsalçısı axtarışında olan Özbəkistanın “Korzinka” şirkətindən də nümunə götürməyə dəyər…

 

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN